0
Tuesday 18 February 2014 - 09:00

Eşton və Zərif İran və 5+1 arasında danışıqların növbəti raundunun təşkili məsələlərini müzakirə ediblər

Story Code : 352800
Eşton və Zərif İran və 5+1 arasında danışıqların növbəti raundunun təşkili məsələlərini müzakirə ediblər
APA-nın “İTAR-TASS”a istinadən verdiyi xəbərə görə, bu barədə jurnalistlərə Ketrin Eştonun mətbuat katibi Maykl Mann deyib.  

“Tərəflər razılığa gəlib ki, görüş 11.00-da (Bakı vaxtı ilə 14.00-da) plenar iclasla başlayacaq”, deyə Mann bildirib.  

Müzakirələr 2013-cü il noyabrın 24-də Cenevrədə İranla “altılıq” ölkələri arasında əldə edilmiş nüvə razılaşmasına uyğun olaraq bu il yanvarın 20-də qüvvəyə minmiş Birgə Fəaliyyət Planı çərçivəsində həyata keçirilir. Müzakirələrdə məqsəd İran nüvə məsələsi ilə bağlı yaranmış problemin birdəfəlik həlli üçün yekun razılaşmanın əldə olunmasıdır. 
Comment