QR CodeQR Code

Venesuela ABŞ səfirini qovur – Skandal

18 Feb 2014 17:01

IslamTimes - Prezident Nikolas Moduro Amerika səfirliyinin əməkdaşlarına Venesuelanı tərk etmələri üçün 48 saat vaxt verib.


O, Venesueladan çıxarılacaq səfirlik əməkdaşlarını universitetlərlə gizli əlaqə qurmaqda suçlayıb.
“Axar.az” xarici mətbuata istinadən xəbər verir ki,
Venesuelanın Xarici İşlər naziri Elias Jaua ABŞ prezidenti Barak Obama rəhbərliyini “Tələbə hərəkatı” hadisələrinə dəstək verməkdə günahlandırıb.
Maduronun dünən səsləndirdiyi ittihamları təkrarlayan Jaua ABŞ-ın Venesuela hökumətini devirmək üçün müxalif lider Leopoldo Lopez ilə əməkdaşlıq etdiyini bildirib.
Bu ittihamları rədd edən ABŞ rəsmiləri isə Venesueladakı gərginlikdə üç adamın həyatını itirməsindən rahatsız olduqlarını bildiriblər.
Bu gün həm hökumət tərəfdarının, həm də rəhbərliyə qarşı çıxan tələbələrin paytaxt Karakasda nümayişlər keçirəcəyi bildirilir.


Story Code: 353023

News Link :
https://www.islamtimes.org/az/news/353023/venesuela-abş-səfirini-qovur-skandal

Islam Times
  https://www.islamtimes.org