0
Tuesday 18 February 2014 - 17:01

Venesuela ABŞ səfirini qovur – Skandal

Story Code : 353023
Venesuela ABŞ səfirini qovur – Skandal
O, Venesueladan çıxarılacaq səfirlik əməkdaşlarını universitetlərlə gizli əlaqə qurmaqda suçlayıb.
“Axar.az” xarici mətbuata istinadən xəbər verir ki,
Venesuelanın Xarici İşlər naziri Elias Jaua ABŞ prezidenti Barak Obama rəhbərliyini “Tələbə hərəkatı” hadisələrinə dəstək verməkdə günahlandırıb.
Maduronun dünən səsləndirdiyi ittihamları təkrarlayan Jaua ABŞ-ın Venesuela hökumətini devirmək üçün müxalif lider Leopoldo Lopez ilə əməkdaşlıq etdiyini bildirib.
Bu ittihamları rədd edən ABŞ rəsmiləri isə Venesueladakı gərginlikdə üç adamın həyatını itirməsindən rahatsız olduqlarını bildiriblər.
Bu gün həm hökumət tərəfdarının, həm də rəhbərliyə qarşı çıxan tələbələrin paytaxt Karakasda nümayişlər keçirəcəyi bildirilir.
Comment