0
Wednesday 19 February 2014 - 16:37

“DAESH”-in 45 silahlısı məhv edilib

Story Code : 353384
“DAESH”-in 45 silahlısı məhv edilib
"İraq-Şam İslam Dövləti”-in hücumunda İraq ordusunun 14 əsgəri həlak olub.
 
İnterAz–ın əl-Məyadin telekanalına istinadla verdiyi xəbərə görə, İraq daxili İşlər naziriliyi son iki sutkada əl-Ənbarda aparılan əməliyyatlarda “DAESH”-in 45 silahlısının öldürüldüyünü bəyan edib.
 
Bu arada İraq ordusu da itkilər verib Fəllucədə “İŞİD” (DAESH) terrorçularının hücumunda ordunun 14 əsgəri həlak olub və bir neçəsi əsir götürülüb.
 
Ölkədə dünən törədilən terror aktları isə ümumilikdə 49 nəfərin həyatına son qoyub və 150 nəfər yaralanıb.
 
Hal hazırda İraq ordusu əl-Ənbar əyalətində "İŞİD" silahlılarına qarşı hərbi əməliyyatlar həyata keçirir.
Comment