0
Wednesday 25 August 2010 - 18:19

Çində təyyarə qəzası: 43 ölü

Story Code : 35339
Çində təyyarə qəzası: 43 ölü
Çində təyyarə qəzası: 43 ölü
Çində sərnişin təyyarəsi qəzaya uğrayıb. Lent.az-ın “AA”ya istinadən verdiyi məlumata görə, təyyarənin yerə çırpılaraq alovlanması nəticəsində 43 nəfər ölüb.
Hadisə ölkənin Cənub Şərqində Heliongjianq vilayətində baş verib. 5-i ekipaj üzvü olmaqla cəmi 96 nəfəri daşıyan təyyarə eniş cığırına enə bilməyib. Yerə səhv enən təyyarə alovlanıb. Nəticədə 43 nəfər ölüb, 53 nəfərin həyatını xilas etmək mümkün olub.
Bəzi xəbərlərdə isə, hadisə şahidlərinin təyyarəni göydə tüstüləyərkən gördüyü deyilir.
Təyyarədəkilərin 5 nəfərin uşaq olduğu bildirilir. Məlumata əsasən, qəzanın baş verdiyi Lindu hava limanı keçən il açılıbmış.
Comment