QR CodeQR Code

İraqda partlayışlar nəticəsində 46 həlak olub

25 Aug 2010 18:48

İslamTimes – İraqda baş vermiş partlayışlar nəticəsində 46 nəfər ölüb, 90 nəfər isə yaralanıb.


İraqın müxtəlif yerlərində baş vermiş partlayışlar nəticəsində 46 nəfər ölüb. APA-nın “France Presse” agentliyinə istinadən verdiyi məlumata görə, partlayışlar seriyası yerli vaxtla saat 08-ə yaxın paytaxt Bağdadda başlayıb, sonra ölkənin şimalına və cənubuna yayılıb.
Ən ciddi terror aktı Bağdada 160 km məsafədə yerləşən Kut şəhərinin pasport idarəsində baş verib. Partlayış nəticəsində 15-i polis olan 20 nəfər ölüb, 90 nəfər yaralanıb. Bağdad ətrafında isə terrorçu-kamikadze idarə etdiyi avtomobili partladıb, nəticədə 15 nəfər ölüb, onlarla adam yaralanıb.


Story Code: 35341

News Link :
https://www.islamtimes.org/az/news/35341/iraqda-partlayışlar-nəticəsində-46-həlak-olub

Islam Times
  https://www.islamtimes.org