QR CodeQR Code

Neft borusunun partladılmasında Mossad izi

26 Aug 2010 04:52

İslamTimes – ABŞ kəşfiyyat idarəsi İsrailin Mossad təşkilatına ünvanladığı məxfi bir məktubda PKK-nı təhrik etməməyə çağırıb


Amerika Mərkəzi Kəşfiyyat idarəsi İsraildən tələb edib ki, İraq-Türkiyə neft kəmərinin partladılmasında PKK-nı təhriklərinə son qoysun. İraqın məlumatlı mənbələri xəbər verir ki, ABŞ kəşfiyyat idarəsi İsrailin Mossad təşkilatına ünvanladığı məxfi bir məktubda PKK-nı təhrik etməməyə çağırıb. PKK məhz Mossadın təhrikləri sayəsində İraqdan Türkiyəyə neft ötürülən borunu hədəfə çevirir. ABŞ adı çəkilən məxfi məktubda Mossad agentlərinin PKK başçıları ilə söhbətlərinə istinad edir.
İraqdan Türkiyəyə neft ötürən 970 km-lik boru İraqın şimalında Kərkükdən Türkiyənin cənubunda Ceyhanadək uzanır. Bu xətt ilə sutkada 500 min barrel neft ötürülür. Kürd Fəhlə partiyası adı ilə tanınan silahlı qruplaşma bu günədək adı çəkilən neft kəmərini bir neçə dəfə partlatmışdır.


Story Code: 35349

News Link :
https://www.islamtimes.org/az/news/35349/neft-borusunun-partladılmasında-mossad-izi

Islam Times
  https://www.islamtimes.org