QR CodeQR Code

Nyu-York həyəcan içində

26 Aug 2010 05:21

IslamTimes – Amerikalıların “sayıqlığı” hər il daha artıq xərc aparmağa başlayıb.


Artıq ABŞ-da istənilən sahibsiz əşya şübhəli sayılır və dərhal polisə müraciət edilir. Nyu-Yorkda gün ərzində şübhəli əşyalarla bağlı polisə yüzlərlə müraciət olur. Hər bir müraciəti yerində yoxlamaq sonda ağlagəlməz miqdarda pul aparır. Ölkədə bütün poçt şöbələrində baktereoloji baxımdan poçtu yoxlayan qurğular quraşdırılıb. 250 min əhalisi olan Medison şəhərində bu qurğulara 800 milyon dollar xərclənib. Son yarım ildə Nyu-Yorkun məşhur Tayms-skveri 2 dəfə tam evakuasiya edilib. Amma ərazidə heç bir partlayıcı tapılmayıb. Amerika mətbuatında böyük şəhərlərdə yaşamağın stresi hər gün əvvəlkindən daha artıq yer alır. Son dövrdə amerikalılar əyalətlərdə yaşamağa daha çox üstünlük verirlər. /HaqqYolu/


Story Code: 35350

News Link :
https://www.islamtimes.org/az/news/35350/nyu-york-həyəcan-içində

Islam Times
  https://www.islamtimes.org