0
Thursday 20 February 2014 - 07:05

Putin və Merkel Ukrayna haqda danışıb

Story Code : 353584
Putin və Merkel Ukrayna haqda danışıb
ANS PRESS-in verdiyi məlumata görə, telefon danışığında Ukraynada baş verən son qarşıdurmalar müzakirə edilib. Vladimir Putin müxalifət tərəfdarlarının törətdiyi zorakılıqlardan narahatlılığını ifadə edib. Prezident onu da bildirib ki, etiraz aksiyaları zamanı zorakılıq tətbiq edən nümayişçilər mütləq cəzalandırılmalı, qərb dövlətləri rəsmi Kiyevə qarşı çıxışlarından əl çəkməlidir.

Qeyd edək ki, son məlumatlara görə nümayişçilər Dövlət televiziyasının binasını ələ keçirmişdi. Ukrayna Təhlükəsizlik Xidməti isə ölkə üzrə antiterror əməliyyatlarına start verib.
Comment