0
Thursday 20 February 2014 - 02:25

BMT rəhbəri: Cenevrə danışıqları Suriya müharibəsinə son qoymaq üçün ən yaxşı yoldur

Story Code : 353889
BMT rəhbəri: Cenevrə danışıqları Suriya müharibəsinə son qoymaq üçün ən yaxşı yoldur
BMT rəhbəri: Cenevrə danışıqları Suriya müharibəsinə son qoymaq üçün ən yaxşı yoldur
BMT sözçüsü Martin Nesirki çərşənbə axşamı günü bəyanat yayaraq deyib ki, Ban Suriya hökumət nümayəndələri ilə müxalifət arasında olan danışıqların davam etdirilməsinin vacibliyini vurğulayıb.

Nesirki deyib: “Baş katib əmindir ki, Cenevrə 2 sülh konfransı Suriya münaqişəsinin həll edilməsi üçün ən düzgün seçimdir və o hər iki tərəfin daha çox və dərindən düşünərək sülh danışıq prosesini davam etdimək üçün mümkün olduqca tez bir zaman içində danışıqlara geri qayıtmalarını istəyir.”

Suriya hökumət nümayəndələri və xaricdən dəstək alan üsyançılar arasında İsveçrənin Cenevrə şəhərində davam edən danışıqların ikinci mərhələsi 15 fevral tarixində hər iki tərəfin öz mövqelərində qalması ilə başa çatdı.

Bəyanatda deyilir: “Bu bir və yaxud iki iclas daxilində baş verən tək bir hadisə deyil, bu bir prosesdir və uzun davam edən bir proses.”

Suriya nümayəndə heyəti deyib ki, terrorizm ilə mübarizə əsas müzakirə məsələsi olmalıdır, ancaq xaricdən dəstək alan müxalifət keçid hökumətinin yaradılması və prezident Bəşər Əsədin devrilməsini tələb edirlər.

Rəsmi Dəməşq kəskin şəkildə bu tələbi rədd edərək deyir ki, yalnız Suriya xalqı bu məsələ haqqında qərar verə bilər.
Danışıqların ikinci mərhələsi birinci mərhələ heç bir nəticə olmadan qurtardıqdan 10 gün sonra baş tutdu.

2011-ci ilin mart ayından etibarən Suriya münaqişə içərisindədir. Xaricdən dəstək alan üsyançılar münaqişə zamanı ordu və təhlükəsizlik qüvvələri də daxil olmaqla xeyli sayda dinc insanları qətlə yetiriblər.

Məlumat və faktlara əsasən Qərb və onun regional müttəfiqləri olan Qətər, Səudiyyə Ərəbistanı və Türkiyə xaricdən dəstək alan üsyançılara dəsətk olurlar
Source : Islamtimes
Comment