QR CodeQR Code

AB-dən Türkiyəyə xəbərdarlıq: Müzakirələr qırılma nöqtəsindədir!

Islamtimes , 21 Feb 2014 11:34

İslamtimes - Ankaranın internetlə bağlı qadağanedici adımlarından sonra Avropa Birliyi Ankaraya daha bir məktub göndərdi.


HSYK və internet qanunlarından bəhs edən beşinci məktubdan sonra AB Komissiyası Spikeri “Brüsselin münasibəti mənfidir, müzakirələr az qala bitmə mərhələsinə gəldi” açıqlamasını verdi.
Məktubun məzmunu paylaşılmadı, ancaq AB-nin verdiyi siqnallar xəbərdarlıq şəklindədir. “Hürriyet Daily News”a müsahibə verən Avropa Komissiyası spikeri Peter Stano HSYK layihəsinin “güclər ayrılığına”, internet qanununun isə “ifadə azaldığına” qarşı olduğunu və bu iki qanunun AB-nin “önəmli dəyərləri” olduğunu vurğuladı.
“Avropa Birliyi hörmətli prezident Abdullah Gülün layihəni hökumətə geri qaytarmasını gözləsə də, bunun çox çətin olduğuna inanırıq. Brüsseldəki hava pisə doğru gedir” dedi.


Story Code: 353933

News Link :
https://www.islamtimes.org/az/news/353933/ab-dən-türkiyəyə-xəbərdarlıq-müzakirələr-qırılma-nöqtəsindədir

Islam Times
  https://www.islamtimes.org