QR CodeQR Code

Türkiyədən siqaret və spirtli içkilərə məhdudiyyət

26 Aug 2010 15:09

IslamTimes – Türkiyə hökuməti tütün məmulatları və spirtli içkilərə “sağlamlıq” vergisi tətbiq edəcək.


Türkiyənin “Sabah” qəzetnin verdiyi məlumata əsasən, qardaş ölkənin hökuməti yeni “sağlamlıq” vergisini tətbiq etməyə hazırlaşır. Bildirilir ki, qeyd olunan vergi tütün məmulatlarına və spirtli içkilərə tətbiq olunacaq.

Yeni verginin dərəcəsinin bir qutu siqaret və bir şüşə içkinin qiymətinin 1-2 faizi məbləğində olacağı güman olunur. Bu vergidən gələn vəsait Türkiyə Respublikasının Sosial Müdafiə Fondunun hesabına köçürüləcək.

Fondun rəhbəri Emin Zararsız qeyd olunan vergilərin ölkədə siqaret və içkinin istifadəsi nəticəsində xəstələnmiş insanların müalicəsinə xərclənəcəyini bildirib. Qeyd edək ki, bu vergi bir sıra Avropa Birliyinə üzv olan dövlətlərdə də tətbiq olunur. “Sağlamlıq” vergisinin tətbiqi nəticəsində siqaret və spirtli içkilərin qiymətinin artacağı istisna edilmir.
Fond rəhbərinin sözlərinə görə, verginin tətbiqi ilə əlaqədar Dünya Səhiyyə Təşkilatı ilə aparılan birgə iş bu ilin sonunda yekunlaşacaq və bununla da yeni verginin tətbiqinə başlanılacaq.
Məlumat üçün bildirək ki, hazırda qardaş ölkədə 20 milyondan çox siqaret aludəçisi var. 2004-cü ildə Türkiyə hökuməti ilə Dünya Səhiyyə Təşkilatı arasında tütünə nəzarət ilə bağlı razılaşma imzalanmış və həmin razılaşmada qiymətlərin artırılması və vergilərin tətbiqi ilə bağlı müddəalar öz əksini tapmışdır.


Story Code: 35413

News Link :
https://www.islamtimes.org/az/news/35413/türkiyədən-siqaret-və-spirtli-içkilərə-məhdudiyyət

Islam Times
  https://www.islamtimes.org