0
Saturday 22 February 2014 - 13:45

Qəzet yayımı qadağası hələ də qalır

Story Code : 354235
Qəzet yayımı qadağası hələ də qalır
Xeyli müddətdir ki, ölkədə qəzet yayımı ilə bağlı məhdudiyyətlər var. Bu da Azərbaycan mətbuatının onsuz da kritik olan vəziyyətini daha da ağırlaşdırıb. “Yeni Müsavat” qəzeti də daxil olmaqla özünü maliyyələşdirən bir sıra media quruluşları iqtisadi cəhətdən kritik duruma düşüblər.
“Yeni Müsavat” qəzetinin baş redaktoru Rauf Arifoğlunun sözlərinə görə, yayım məhdudiyyətləri hələ də qalır: “Vəziyyətlə bağlı hələ hər hansı dəyişiklik yoxdur. Yayımla bağlı məhdudiyyətlər hələ də qalır. Doğrudur, daha da kəskinləşməyib, lakin Bakının bir sıra nöqtələrində, xüsusilə də metro stansiyalarında, şəhərin mərkəzində, İçərişəhərdə qəzet yayımına qadağalar qoyulub və bu davam edir. Belə vəziyyət hər ay bizim üçün təxminən 90-100 min nüsxə az qəzet satmaq deməkdir. Bu da bizim üçün 20-22 min, bəzi hallarda 25 min manat defisit yaradır.
Ona görə də vəziyyətimiz çox kritikdir, çətinlik çəkirik. Vəziyyətdən çıxış yolları üçün demək olar ki, bütün təşəbbüslərə əl atmışıq. Təbii ki, müqavimət prosesi bundan sonra da davam edəcək. Prezidentə də müraciət etmişik. Hələ ki, bir irəliləyiş yoxdur. Hesab edirəm ki, bu cür davam eləsə bir neçə aya Azərbaycanda yazılı mətbuat vahidləri sıradan çıxacaq. Mən bunu istəmirəm. Çünki burada çox saylı jurnalistlər çalışır. Tarixi bir ənənə var. Biz bu jurnalistləri, eyni zamanda bu ənənəni itirmək istəmirik”. /Musavat /
Comment