QR CodeQR Code

Amerika ordusu əfqan qadınları cinsi təcavüzə məruz qoyub

27 Aug 2010 11:07

İslamTimes - Amerikanın Əfqanıstanda yerləşən ordusu Bəlx əyalətində bir kəndə soxularaq əfqan qadınları cinsi təcavüzü məruz qoyub.


İslamTimes-ın Kabil bürosunun verdiyi xəbərə əsasən, Amerikanın Əfqanıstanda yerləşən ordusu bir neçə gün öncə gecə saatlarında Xanabad kəndinə soxularaq ağılagəlməz bir cinayətə əl atıb.
Amerika ordusu kəndə soxulduqdan sonra kənd sakinlərinin evində axtarış aparıb. Axtarışdan sonra kənddə 15 ailənin qadın və kişilərini bir-birindən ayıraraq qadınların bir qismini cinsi təcavüzə məruz qoyublar.
Amerika ordusunun komandanı bu çirkin əməldən sonra Xanabad kəndinin sakinlərinə xəbərdarlıq edib ki, onlar yuxarı orqanları şikayət edəcəkləri təqdirdə bir daha bu cinayətlə üzləşəcəklər.
Amerika ordusu 2001-ci ildə Əfqanıstanı işğal edəndən bu günədək mətbuatda dəfələrlə onların əfqan qızları və qadınları zorlama faktları yer alıb.
Bu xəbərin mətbuat orqanlarında yayılmasından sonra qəzəblənmiş Əfqanıstan sakinləri kütləvi etiraz aksiyaları keçirməklə Amerika və digər işğalçıların ölkədən çıxmasını tələb edirlər.


Story Code: 35435

News Link :
https://www.islamtimes.org/az/news/35435/amerika-ordusu-əfqan-qadınları-cinsi-təcavüzə-məruz-qoyub

Islam Times
  https://www.islamtimes.org