QR CodeQR Code

“Razin” bazarı sökülür, sahibkarlar aksiyaya başladı

22 Feb 2014 21:19

IslamTimes - Paytaxtın Sabunçu rayonu ərazisində, Bakıxanov qəsəbəsində yerləşən “Bakıxanov” ticarət mərkəzində (“Razin bazarı” kimi tanınır-red.) bu gün söküntü işləri aparılıb.


Virtualaz.org saytı islamazeri.az-a istindən bildirir ki, ticarət mərkəzinin bir hissəsi buldozer ağzına verilərək sökülüb.
 
Ticarət mərkəzinin sahibi və orada işləyən insanlar Sabunçu Rayon İcra Hakimiyyətinin qarşısında etiraz aksiyası keçirmək üçün toplaşıb. Əraziyə daxil olmaq çətinləşib.
 
Virtualaz.org saytı bazarda çalışan sahibkarlardan aldığı məlumata görə, aksiya bu gün saat 16-17 radələrində baş tutub: “Təxminən 500 sahibkar icra hakimiyyətinin binası qarşısına  toplaşaraq baş verənlərə aydınlkıq gətirilməsini istədi. İcra başçısı sahibkarların bir qrupunu dinləyərək məsələni sabah həll edəcəyini, bazar günü olmasına baxmayaraq sahibkarların bir qrupunu qəbul edib məsələni çözəcəyini vəd etdi. Bundan sonra etirazçılar dağılışdı. Sabahı gözləyirik. Çörəyimiz bu bazardan çıxır. Əgər tələblərimiz yerinə yetirilməsə, müddtəsiz aksiyalara başlayacağıq”.


Story Code: 354525

News Link :
https://www.islamtimes.org/az/news/354525/razin-bazarı-sökülür-sahibkarlar-aksiyaya-başladı

Islam Times
  https://www.islamtimes.org