0
Sunday 23 February 2014 - 17:55

Xəzər dənizi dövlətləri ABŞ və NATO-nun regionda genişlənməsinin qarşısını almalıdırlar

Story Code : 355035
Xəzər dənizi dövlətləri ABŞ və NATO-nun regionda genişlənməsinin qarşısını almalıdırlar
Xəzər dənizi dövlətləri ABŞ və NATO-nun regionda genişlənməsinin qarşısını almalıdırlar
Şənbə günü Əli Əkbər Vilayəti deyib: “NATO və ABŞ-ın Xəzər regionunda mövcud olmaq üçün böyük istəkləri var, ancaq bu dəniz sahil boyu dövlətlər gərək ABŞ və NATO0nun bu istəklərinin qarşısını alsınlar.”

Həmçinin Məşvərət Şurasının Strateji Araşdırmalar Mərəkəzinin rəhbəri olan Vilayəti ABŞ və NATO-nun Əfqanıstanda mövcud olmasını da Vaşinqtonun şərqə doğru işğalçı genişlənmə siyasətinin tərkib hissəsi olduğunu demiş və regional dövlətləri bu cür təxribat yönümlü planların qarşısını almağa səsləmişdir.

Daha əvvəl isə İranın Rusiyadakı səfiri Mehdi Sənai xəbərdarlıq edərək bildirib ki, Xəzər Dənizi regionunun hərbiləşdirilməsi region dövlətləri arasından gərginliyin artmasına səbəb ola bilər.


İranlı diplomat Xəzər Dənizi sahil boyu dövlətlərin birində ABŞ və NATO qüvvələrinin Əfqanıstana transfer edilməsi üçün hərbi bazanın yaradılması haqqında olan bəzi qeyri rəsmi məlumatlara toxunaraq deyib: “İran bu cür hadisələri regional təhlükəsizliyə qarşı addım kimi hesab edir və bu regional maraqlara ziddir, həmçinin Xəzər regionunda xarici qüvvələrin mövcudluğunun qarşısını almaq İran üçün çox mühümdür.”

İran, Rusiya, Qazaxıstan, Azərbaycan Respublikası və Türkmənistan Xəzər Dənizi sahil boyu ərazidə yerləşən dövlətlərdir.

Xəzər dənizi regionun ən böyük su ərazisidir və dünyanın ən böyük gölü hesab edilir.
Source : Islamtimes
Comment