QR CodeQR Code

Bəhreyn xalqının repressiyası davam edir

24 Feb 2014 22:09

IslamTimes - Bəhreyndə Ali-Xəlifə rejiminə bağlı təhlükəsizlik qüvvələri bəhreynli aksiya iştirakçılarına hücum edərək, onlarla insanı yaralayıblar.


Əl-Minar telekanalının məlumatına görə, Bəhreyn vətəndaşları dünən Ali-Xəlifə rejiminin repressiyalarına etiraz olaraq, ölkənin müxtəlif məntəqələrində o cümlədən Sitrə adasında aksiya keçiriblər. Amma, Bəhreyn xalqının bu etiraz aksiyası da təhlükəsizlik qüvvələrinin müdaxiləsi ilə üzləşib. Ən azı iyirmi nəfərin yaralandığı bildirilir. Yaralılardan bir neçəsinin vəziyyəti ağır elan olunub.
Bu arada təhlükəsizlik qüvvələrinin həddən artıq gözyaşardıcı qazlardan istifadə etməsi bəzi aksiya iştirakçılarının zəhərlənməsinə səbəb olub. /Deyerler/


Story Code: 355119

News Link :
https://www.islamtimes.org/az/news/355119/bəhreyn-xalqının-repressiyası-davam-edir

Islam Times
  https://www.islamtimes.org