0
Sunday 23 February 2014 - 22:56

ABŞ rəsmisi: İsrailin İran haqqında fikirləri Vaşinqton üçün çox mühümdür

Story Code : 355130
ABŞ rəsmisi: İsrailin İran haqqında fikirləri Vaşinqton üçün çox mühümdür
ABŞ rəsmisi: İsrailin İran haqqında fikirləri Vaşinqton üçün çox mühümdür
Şənbə günü jurnalistlərə müsahibə verən Şerman deyib: “Bəzi vaxtlar biz İsrail ilə razılaşırıq, bəzi vaxtlar isə razılaşmırıq, ancaq İsrailin bu məsələdə fikrini bilmək bizim üçün çox mühümdür.”

O əlavə edərək deyib: “Mən İran ilə təşkil edilən hər görüşdən əvvəl və sonra israilli tərəf müqabilim ilə görüşüb danışmaq üçün çox çalışıram.”

ABŞ rəsmisi İran ilə sonuncu nüvə müzakirələri haqqında İsrail rəsmilərinə məlumat vermək üçün cümə günü Vyanadan İsrailə səfər edib.
İran və altılıq ölkə bütöv razılığa gəlmək üçün nüvə danışıqlarının növbəti mərhələsini təşkil etdilər. Hər iki tərəf noyabr ayında Cenevrədə müvəqqəti razılığa gəliblər.

Şerman deyib: “Bu çox mürəkkəb bir danışıqdır və mən ən çox fikir və təkliflər əldə etmək üçün hər görüşdən əvvəl və sonra burada İsraildə etdiyim danışıqları səbirsizliklə gözləyirəm. Bəzi vaxtlar biz razılaşırıq, bəzi vaxtlar isə əksinə olur. Ancaq ən mühüm olanı budur ki, biz İsrail, ABŞ və bütün dünyanın təhlükəsizliyini təmin etmək iş görürük.”

İran ilə danışıqlarda ABŞ-ın baş müzakirəçi İsrail rəsmilərini danışıqlar haqqında əmin etməyə çalışır və beynəlxalq cəmiyyəti narahat edən bütün məsələlərin müzakirə masasında olacağını bildirir.

Wy7O deyib: “Bu razılaşma bizim inandığımız deyil, bizim gördüyümüz, təsdiq etdiyimiz hadisələr haqqındadır və beynəlxalq ictimaiyyət əmin olmalıdır ki, biz İranın nüvə silahı əldə etməsinə imkan verməyəcəyik və İran nüvə proqramı dinc fəaliyyətlər əsasında fəaliyyət göstərəcək.”

Şerman sonda qeyd edərək bildirib ki, hər bir tərəf son razılaşmanı əldə etmək arzusundadır.
O deyib: “Biz iyul ayına qədər davam edəcək qızğın danışıqlara başlamışıq və biz ümid edirik ki, sonda uğur qazanacağıq.”













Şerman Vyana danışıqları haqqında Tel Əvivi məlumatlandırmaq üçün bazar günü israilli tərəf müqabili ilə görüşəcək.
Source : Islamtimes
Comment