QR CodeQR Code

ASO-nun yeni rəhbəri İsrailin adamı çıxdı

25 Feb 2014 10:47

IslamTimes - Əksəri terroristlərdən ibarət olan Azad Suriya Ordusunun yeni rəhbəri Abdul İlah əl-Bəşir işğal olunmuş Fələstin ərazisində təlim görüb.


"IslamTimes" bildirir ki, İsrailin "Maariv" qəzeti "Global Research"-ə istinadən yazıb ki, əksəri terroristlərdən ibarət olan Azad Suriya Ordusunun yeni rəhbəri Abdul İlah əl-Bəşir işğal olunmuş Fələstin ərazisində təlim görüb. Onun bir ildir İsraildə olduğu bildirilir.
Əldə edilən məlumatlara əsasən, əl-Bəşir ötən il Suriyanın cənubundakı terroristlərə rəhbərlik etdiyi vaxt Suriya ordusu ilə qarşıdurma zamanı yaralanıb və müalicə üçün İsrailə gətirilib. Amma əl-Bəşir işğalçı sionist rejimində müalicə edildikdən sonra onun öldüyü və Dəra məntəqəsində dəfn edildiyi xəbəri yayılıb. Sionistlər bu yolla əl-Bəşirin işağl olunmuş Fələstin torpaqlarında olmasını gizləmək niyyətində olublar.
Xatırladaq ki, bir neçə gün öncə Azad Suriya Ordusunun Ali Hərbi Şurası elan edib ki, Azad Suriya Ordusu baş qərargah rəisi Səlim İdris vəzifəsindən kənarlaşdırılıb və bu vəzifəyə Abdul İlah əl-Bəşir təyin edilib.


Story Code: 355255

News Link :
https://www.islamtimes.org/az/news/355255/aso-nun-yeni-rəhbəri-israilin-adamı-çıxdı

Islam Times
  https://www.islamtimes.org