QR CodeQR Code

400 terrorist Suriyadan Tunisə geri dönüb

25 Feb 2014 11:02

IslamTimes - "Təqribən 400 nəfər Suriyadan geri qayıdıb və məsullar onları nəzarət altında saxlayır."


"IslamTimes" "Farsnews"-a istinadən xəbər verir ki, Tunisin daxili işlər naziri Lütfi bin Ceddu deyib: "Təqribən 400 nəfər Suriyadan geri qayıdıb və məsullar onları nəzarət altında saxlayır."
O təhlükəsizlik və terrorizmlə mübarizə yığıncağının sonunda deyib: "Biz təqribən 8 min Tunis vətəndaşının Suriyaya getməsinin qarşısını almışıq.
Bu günədək Suriyadan Tunisə qayıtmış şəxslərin dəqiq sayı barədə məlumat yoxdur. Amma bu rəqəmin 400 civarında olduğu ehtimal edilir."
O əlavə edib: "Təəssüflər ki, bu şəxslərin hamısı həbs olunmayıb. Çünki bu zəmində qanun yoxdur. Amma onların təcrübə topladıqlarını nəzərə alaraq nəzarətdə saxlayırıq."


Story Code: 355257

News Link :
https://www.islamtimes.org/az/news/355257/400-terrorist-suriyadan-tunisə-geri-dönüb

Islam Times
  https://www.islamtimes.org