0
Tuesday 25 February 2014 - 18:10

“İranla “5+1” arasında nüvə müzakirələri bütün sanksiyaların ləğvinədək davam edəcək”

Story Code : 355459
“İranla “5+1” arasında nüvə müzakirələri bütün sanksiyaların ləğvinədək davam edəcək”
APA-nın İran mətbuatına istinadən verdiyi məlumata görə, bunu İran prezidenti Həsən Ruhani Bəndər Abbas şəhərində çıxışı zamanı bildirib.
Onun sözlərinə görə, bu istiqamətdə ilk mühüm addım İranın maşınqayırma, neft-kimya, gəmiçilik, sığorta və bank sektoruna qarşı tətbiq edilmiş sanksiyaların böyük hissəsinin aradan qaldırılması oldu: “İran xalqının haqları qorunacaq və hökumət bu istiqamətdə geri addım atmayacaq. İran hökuməti xalqın bütün hüquqlarını, o cümlədən də nüvə haqqını müdafiə etmək və qorumaq üçün heç bir səyini əsirgəməyəcək. Biz istəyirik ki, başqaları bu hüququ xalqımızdan haqsız yerə almasınlar. Yəni İran xalqının inkişafının qarşısının alınmasını, ixrac, azad ticarət, pul mübadiləsi və bank əməliyyatları və digər hüquqlarının pozulmasını istəmirik. Biz artıq böyük güclərlə nüvə məsələsində yekun razılaşmanın əldə olunması və İran xalqına qarşı ədalətsizcəsinə tətbiq olunmuş bütün sanksiyaların aradan qaldırılması üçün müzakirələrə başlamışıq. İran nüvə müzakirələrinin ilkin mərhələsini yaxşı həyata keçirib. İranla “altılıq” ölkələri arasında nüvə müzakirələri xalqımızın yekun qələbəsinə və qəddarcasına və haqsız yerə qoyulmuş bütün sanksiyaların ləğvinədək davam edəcək”.
Qeyd edək ki, H.Ruhani fevralın 25-də ölkənin cənubunda yerləşən Hörmüzqan vilayətinə səfər edib. Bu, İran prezidentinin ölkə daxilinə ikinci səfəridir. Bundan əvvəl H.Ruhani ilk səfərini Xuzistan vilayətinə həyata keçirib. İran prezidenti üçgünlük səfər çərçivəsində din xadimləri, şəhid ailələri və müharibə əlilləri ilə görüşəcək, bir sıra layihələrə baxış keçirəcək.
Comment