0
Tuesday 25 February 2014 - 00:15

Misir prokuroru: Mursi dövlət sirrini İrana verib

Story Code : 355552
Misir prokuroru: Mursi dövlət sirrini İrana verib
Misir prokuroru: Mursi dövlət sirrini İrana verib
Bazar günü Mursinin casusluq ittihamı üzrə ikinci dinləməsi zamanı Tamer əl Firqani deyib ki, Mursi və Müsəlman Qardaşların digər 35 üzvü bu cür sirləri ötürüblər. Bura milli müdafiə sirlərini İran, Livan və Fələstinə ötürmək də daxildir.

Əgər bu ittiham sübut olunarsa, bu zaman Mursini böyük cəza gözləyir.
Mursiyə qarşı olan bu üç ittihamdan biri iyul ayında Mursinin ordu tərəfindən devrilməsindən sonra ona və Müsəlman Qardaşlara qarşı aparılan təxribat planının tərkib hissəsidir.

Şənbə günü Misir məhkəməsi 31 Mursi yönümlü etirazçıya keçən ay Təhrir Meydanını “işğal” etdikləri üçün iki il həbs cəzası tətbiq edib.

2013-cü il 3 iyul tarixində Misir ordusu ölkənin demokratik yolla seçilmiş ilk prezidentini hərbi çevriliş vasitəsi ilə devirdikdən sonra Misirdə münaqişə və hökumət əleyhinə nümayişlər vüsət aldı.
O vaxtdan bəri Misir ordusu tərəfindən dəstəklənən hökumət Mursi tərəfdarlarına qanlı zorakılıq tətbiq etmiş və Müsəlman Qardşalar partiyasının rəhbərləri də daxil olmaqla minlərlə partiya üzvünü həbs edib.
Source : Islamtimes
Comment