0
Tuesday 25 February 2014 - 01:35

Siyasi analitik: İsrail dünya sülhü üçün real təhlükədir

Story Code : 355573
Siyasi analitik: İsrail dünya sülhü üçün real təhlükədir
Siyasi analitik: İsrail dünya sülhü üçün real təhlükədir
Press TV-nin verdiyi məlumata əsasən siyasi analitik İsrailin dünya sülhü üçün real təhdid olduğunu demiş və bildirmişdir ki, beynəlxalq ictimaiyyət üçüncü dünya müharibəsi başlamamışdan əvvəl bu təhlükə ilə məşğul olmalıdır.

Bazar günü Press TV-yə müsahibə verən amerikalı siyasi şərhçi Ceyms Morris Tel Əvivin həm regionu, həm də bütün dünyanı təhdid etdiyini bildirmiş və demişdir: “İsrail Yaxın Şərq regionunda nə qədər müharibə başlatmışdır? Livan, Qəzza, Fələstin və s.”

Analitik əlavə edərək deyib: “Beləliklə mən fikirləşirəm ki, İsrail dünya sülhünə real təhlükədir və bu təhdid ilə məşğul olmadığımız təqdirdə üçüncü dünya müharibəsi ilə qarşı qarşıya olacağıq.”

Morris daha sonra İsrail baş naziri Benyamin Netanyahunu “iki üzlü” adlandırmış və demişdir ki, Tel Əviv Yaxın Şərq regionunda yeni müharibə başlatmaq üçün İran nüvə enerji proqramından bəhanə kimi istifadə edir.

İran və 5+1 qrupu – Rusiya, Çin, Fransa, Almaniya, Böyük Britaniya və ABŞ arasında nüvə danışıqlarının uğur qazanması İsrail rejimini qəzəbləndirmiş və Sionist rejimi bu danışıqları pzomaq üçün öz cəhdlərini daha da intensivləşdirmişdir.

Bazar günü İsrail baş naziri deyib ki, İslam Respublikası altı dövlət ilə nüvə müzakirələri zamanı hər bir şey əldə edir, ancaq heç bir şey vermir. O həmçinin deyib ki, bu məsələni Almaniya Kansleri Angela Merkel ilə görüşündə müzakirə edəcək.

Yaxın Şərq regionunda 200-400 arası nüvə başlığına sahib olan İsrail nüvə silahına sahib olduğunu təsdiq etməkdən imtina etmiş və İrandan fərlqi olaraq Nüvə Silahı Yayılmama Razılığını imzalamaqdan boyun qaçırmışdır.

İsrail Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin müfəttişlərinə ölkənin nüvə obyektlərinə səfər etməyə icazə verməyib.
Source : Islamtimes
Comment