0
Saturday 28 August 2010 - 15:22

Putin: Rusiya hələ böhrandan çıxmayıb

Story Code : 35572
Putin: Rusiya hələ böhrandan çıxmayıb
Putin: Rusiya hələ böhrandan çıxmayıb
Rusiya baş naziri Vladimir Putin belə bir bəyanatla çıxış edib.
«Bütün dünya iqtisadiyyatı kimi Rusiya iqtisadiyyatı da tədricən böhrandan çıxır. Lakin bizim çıxışımız da sürətli olmayacaq, ona görə də böhrandan çıxıb-çıxmadığımız barədə sualına dəqiq cavab vermək çox vacibdir», deyə Putin bildirib.
Putinin sözlərinə görə, müəyyən özündə praktiki nəticələr ehtiva etdiyinə görə, bu sualın cavabı prinsipial xarakter daşıyır.
«Əgər biz böhrandan çıxdığımızı hesab ediriksə, onda müxtəlif antiböhran proqramlarının həyata keçirilməsini dayandırmaq lazımdır. Əgər bazarın hələ özünə gəlmədiyini hesab ediriksə, onda bu proqramları davam etdirməliyik. Fikrimizcə, bu proqramlar davam etdirilməlidir», deyə baş nazir qeyd edib. /APA/
Comment