QR CodeQR Code

Moskvada Beynəlxalq "Qüds günü" keçiriləcək

28 Aug 2010 17:04

İslamTimes – Rusiyanın paytaxtı Moskvada artıq növbəti dəfə Beynəlxalq "Qüds günü" çərçivəsində əzəmətli tədbirlər keçiriləcək.


Tədbirlərin keçirilməsində məqsəd – Rusiya və dünya ictimaiyyətinin nəzərlərini Fələstində yaşanan humanitar fəlakətlərə yönəltmək, BMT və Rusiya Federasiyasının sülhməramlı təklifləri əsasında Fələstin probleminin sülh yolu ilə həlli istiqamətlərini nəzərdən keçirməkdir, - “İslamNyus” xəbər verir.
Tədbirlərdə həmçinin Yaxın Şərq probleminə həsr edilmiş müxtəlif kitabların təqdimatı da həyata keçiriləcək. Tədbirlərə Rusiyanın tanınmış ictimaiyyət xadimlərinin, jurnalistlərin, diplomatların, müxtəlif ölkələrin Rusiyadakı səfirlərinin qatılacağı bildirilir. /Deyerler/


Story Code: 35588

News Link :
https://www.islamtimes.org/az/news/35588/moskvada-beynəlxalq-qüds-günü-keçiriləcək

Islam Times
  https://www.islamtimes.org