QR CodeQR Code

Bəşər Əsəd: Vəhabizm dünya üçün ən böyük təhlükədir

Islamtimes , 26 Feb 2014 21:52

İslamtimes - SANA xəbər agentliyinin verdiyi məlumata əsasən Suriya prezidenti Bəşər Əsəd çərşənbə günü qeyd edərək bildirib ki, vəhabi idealogiyası regionu və dünyanı təhdid edən ən böyük təhlükədir və bu təhdidin qarşısını almaq üçün dünya dövlətləri ekstremizm və terrorizmə qarşı mübarizədə birləşməlidirlər.


Əsəd Dəməşqdə İran məclisinin Xarici Siyasət və Milli Təhlükəsizlik Şurasının rəhbəri Alaiddin Burucerdi ilə görüşü zamanı deyib: “Dünya və region insanlarını təhdid edən ən böyük təhlükə olan vəhabi idealogiyasına qarşı mübarizə aparmaq üçün regional dövlətlərin və dost dövlətlərin parlamentləri arasında əməkdaşlıq qurmaq çox mühümdür.”

İranlı rəsmi isə öz növbəsində deyib ki, nümayəndə heyətinin Dəməşqə səfəri İran məclisində fəaliyyət göstərən dostluq komitəsinin fəaliyyətləri çərçivəsində baş tutub.


Story Code: 355951

News Link :
https://www.islamtimes.org/az/news/355951/bəşər-əsəd-vəhabizm-dünya-üçün-ən-böyük-təhlükədir

Islam Times
  https://www.islamtimes.org