QR CodeQR Code

İsraillə müzakirələrə qarşı nümayişlər

29 Aug 2010 00:32

İslamTimes – Son günlər İşğalçı İsrailin Fələstin administrasiyası ilə birbaşa danışıqları gündəmdədir. Bir müddət öncə Mahmud Abbas etiraf etmişdi ki, ona bu yöndə ciddi təzyiqlər var.


Amma bütün Fələstin xalqı və xalqa bağlı təşkilatlar bu danışıqların növbəti oyun olduğunu gözəl anlayırlar.
PressTV xəbər verir ki, ötən gün Fələstin Demokrat cəbhəsinin tərəfdarları Fələstin administrasiyasının danışıqlara getməsinə etiraz olaraq nümayiş keçiriblər. Fransa KİV-ində yayılan informasiyaya əsasən, Qəzzə şəhərində əzəmətli bir nümayiş keçirərək Mahmud Abbasın danışıqlara razılıq verməsinə etiraz ediblər. Müzakirələri rədd edən bəyanatı 11 qrup, o cümlədən HƏMAS, İslami cihad, Demokrat cəbhəsi və başqa təşkilatlar imzalayıb.


Story Code: 35597

News Link :
https://www.islamtimes.org/az/news/35597/israillə-müzakirələrə-qarşı-nümayişlər

Islam Times
  https://www.islamtimes.org