0
Thursday 27 February 2014 - 13:37

Türkiyənin İstanbul şəhərində hökumətə qarşı eitraz aksiyası olub

Story Code : 356064
Türkiyənin İstanbul şəhərində hökumətə qarşı eitraz aksiyası olub
Fəallar hökumətin internet üzərində nəzarəti gücləndirmək məqsədilə qəbul etdiyi qanun layihəsinə qarşı çıxışlar ediblər. Fəallar mərkəzi küçələrdən birində yolu kəsərək nəqliyyatın hərəkətinə mane olmağa çalışıblar.
 
Polisin aksiyaçıları müdaxiləsi isə sonda zorakılıqlarla yadda qalıb. Fəallar polisə daş və yanıcı maddələr atıblar. Polis isə təzyiqli su şırnaqları və gözyaşardıcı qazlarla aksiyanı dağıtmağa çalışıb.
 
Qarşıdurmalar zamanı bir neçə nəfər xəsarət alıb.
 
Ötən gün qəbul olunan yeni qanuna əsasən, dövlət qurumları hər hansı bir saytın bağlanması üçün 24 saat ərzində məhkəmə qərarını əldə etməlidir. Bundan əvvəlki redaksiyada saytlar məhkəmə qərarı olmadan da bağlana bilərdi.  /anspress/
Comment