QR CodeQR Code

Baş nazirə sui-qəsd oluna bilər

Islamtimes , 27 Feb 2014 01:25

İslamtimes - AKP Qaziantep millət vəkili Şamil Tayyar Ülke TV-də yayımlanan “Sıradışı” proqramında çox təəccüblü məlumatlar verdi.


Tayyar internetə düşən səs lentilə əlaqədar telefon söhbətinin reallaşdığı iddia edilən saatlarda Baş nazirin Konyada olduğunu, Liviya Baş naziri ilə görüşdüyünü və CHP ilə MHP-nin gecə yığıncaq keçirməsinin təsadüf olmadığını ifadə edərək hadisədən əvvəldən xəbərdar olduqlarını söylədi.
Tayyar ayrıca Ərdoğana qurulan hiylənin çox böyük olduğunu və hadisənin sui-qəsdə qədər uzana biləcəyini qeyd etdi:

“Əgər 17 dekabr əməliyyatının davamı olaraq ortaya çıxarılan səs yazıları və insanları hərəkətə gətirib Türkiyəni yanğın yerinə çevirərək əldə etməyə çalışdıqları xaos ssenarisi də tutmasa hər halda Baş nazirə sui-qəsd planlayacaqlar. Çünki tək çarələri o qalacaq. Hər yolu sınadılar, amma heç cür istədiklərinə nail ola bilmədilər. Allah qorusun bunu edərlərmi? Bəli, bunu edəcək dərəcədə ola bilərlər.
Çünki oyun böyükdür, ona görə də hiylə və tələlər də böyükdür”.


Story Code: 356343

News Link :
https://www.islamtimes.org/az/news/356343/baş-nazirə-sui-qəsd-oluna-bilər

Islam Times
  https://www.islamtimes.org