0
Friday 28 February 2014 - 01:25

“Səs yazısı dəyişdirilmiş və montaj edilmişdir”

Story Code : 356348
“Səs yazısı dəyişdirilmiş və montaj edilmişdir”
“Səs yazısı dəyişdirilmiş və montaj edilmişdir”
Baş nazir Rəcəb Tayyib Ərdoğan ilə oğlu Bilal Ərdoğana aid olduğu irəli sürülən səs yazıları ilə bağlı müzakirəyə amerikalı ekspert Robin Lai son nöqtəni qoydu. Səs yazıları üzərində montaj edildiyini təsbit edən Lai “Bir professional kimi qeyd edim ki, yazılan telefon söhbəti müəyyən nöqtələrdə dəyişdirilmiş və montajlanmışdır” dedi. Amerikalı səs texniki Robin Lai “Səs yazıları üzərində oynama var. Bunu arxa plan səslərinin uyuşmazlığından da anlaya bilirik” deyə danışdı.

New Yorkda səs mühəndisi olaraq 20 illik bir iş təcrübəsinə sahib olan və dünya tərəfindən məşhur layihələrə imza atan Robin Lai adı hallanan səs yazılarının montajlanmış olduğu mövzusunda bunları söylədi: “Bir professional kimi qeyd edim ki, yazılan telefon söhbəti müəyyən nöqtələrdə dəyişdirilmiş və montajlanmışdır. Davamlılığın olmasını zəruri edən qarşılıqlı bir söhbətin arxa səslərinin və mühit səslərini də bənzər olması, uyğunlaşması lazımdır. Lakin bu səs yazısının müəyyən yerlərində bunun pozulduğu görülür”.

“Jou Production” firmasının da sahibi olan və Harry Potter, Life of Pi kimi Hollywood filmlərinin səsləndirməsində imzası olan Robin Lai “Bu tərz səs yazılarında oynama edildiyində, bəzən həqiqətin hansı olduğu mövzusunda əmin olmanız asan deyil” deyərkən söz mövzusu səs yazısında isə bariz montaj qalıqlarının olduğunu, bunu edənlərin professionallıqdan uzaq olduğunu iddia etdi. New Yorkun Manhattan bölgəsində dünya tərəfindən məşhur John Marshall Studiosunun texniki imkanlarını da istifadə edərək əldə etdiyi nəticələri bir hesabat halında təqdim edən “Jou Production” sahibi Robin Lai səs yazısının time -kodunu paylaşıb.
Source : Islamtimes
Comment