QR CodeQR Code

Vertolyot qəzası: 10 ölü

29 Aug 2010 14:14

IslamTimes - Venesuelanın Kolumbiya ilə sərhədi yaxınlığında milli qvardiyanın 10 əsgəri həlak olub.


Venesuelanın Kolumbiya ilə sərhədi yaxınlığında yerləşən Buena Vista şəhərində hərbi vertolyotun qəzaya uğraması nəticəsində milli qvardiyanın 10 əsgəri həlak olub.
APA-nın vz.ru saytına istinadən verdiyi xəbərə görə, silahlı qüvvələrin generalı Luis Alfredo Domingez bildirib ki, hadisə vertolyotun yerdən qalxması zamanı baş verib.
Onun sözlərinə görə, əsgərlər narkotik alverçilərinə qarşı əməliyyatda iştirak edəcəkdilər. Qəzanın səbəbi araşdırılır. /HaqqYolu/


Story Code: 35662

News Link :
https://www.islamtimes.org/az/news/35662/vertolyot-qəzası-10-ölü

Islam Times
  https://www.islamtimes.org