0
Sunday 29 August 2010 - 14:47

BMT Fransanı hədəfə aldı

Story Code : 35669
BMT Fransanı hədəfə aldı
BMT Fransanı hədəfə aldı
Təşkiların Ayrı-Seçkiliklə Mübarizə Komissiyasının sədr müavini Pier Riçard Prosper Fransanın qaraçıları ölkədən çıxarmasını kütləvi deportasiya adlandırıb və bunun qəbuledilməz olduğunu söyləyib. Prosper hər ölkənin köç və təhlükəsizlik məsələlərində lazımi tədbirləri görmək haqqı olduğunu, ancaq müəyyən bir etnik qrupun hədəfə alınmasının yanlış olduğunu bildirib. BMT rəsmisi Fransadakı qaraçılardan bəzilərinin getmək istəmədikləri halda zorla göndərilməsinin əndişəverici olduğunu deyib. BMT-nin İrqçiliklə Mübarizə Komissiyası Paris hökumətini bəzi siyasətçilərin "irqçi" ifadələri ilə mübarizə etməyə çağırıb.
Comment