0
Sunday 2 March 2014 - 15:02

Fələstinli arxiyepiskop suriyalı üsyançılar ilə İsrailin cinayətlərini bir-birinə bənzədib

Story Code : 357141
Fələstinli arxiyepiskop suriyalı üsyançılar ilə İsrailin cinayətlərini bir-birinə bənzədib
Fələstinli arxiyepiskop suriyalı üsyançılar ilə İsrailin cinayətlərini bir-birinə bənzədib
Cümə günü Haifa Universitetində bir qrup Ərəb tələbələr qarşısında çıxış edən Yunan Ortadoks Kilsəsinin arxiyepiskopu Atallah Hanna çıxışı zamanı xaricdən dəstək alan silahlı üsyançılar müqabilində Suriya hökumətinə dəstək verdiyini bildirib.

Arxiyepiskop Hanna çıxışının davamında qeyd edərək bildirib ki, artıq hər kəsə məlum olub ki, Suriyada mövcud olan terrorist qruplar Sionizmin xidmətçiləridir və regionda onun irqçi siyasətini həyata keçirilər.

Fələstinli xristian ruhani daha sonra öz torpaqlarını müdafə etməyə davam edəcəyinə söz vermiş və bütün müsəlman və xristianları müqəddəs əl Əqsa məscidi də daxil olmaqla bütün müqəddəs ərazilərin qorumağa səsləyib.

O həmçinin İsrail rejiminin fələstinlilərə qarşı həyata keçirdiyi irqçi siyasəti tənqid etmişdir.Hannan daha sonra vurğulayaraq bildirib ki, Yaxın Şərq regionunda olan xristianları hədəfə almaq və ərəbləri müxtəlif təriqətlərə parçalamaq yalnız İsrail rejiminin maraqlarına xidmət edir və onun regionda planlarını həyata keçirməsinə şərait yaradır.

Arxiyepiskop həmçinin bildirib ki, Suriya və digər yerlərdə məğlub olan terroristlərin xristianları Yaxın Şərq regionundan çıxarmaq cəhdləri də baş tutmayacaq və İsrail rejiminin də həmçinin Fələstin xalqını zəiflətmək və öz torpaqlarından çıxarmaq cəhdləri baş tutmayacaq.
Source : İslamtimes
Comment