QR CodeQR Code

Fələstinli arxiyepiskop suriyalı üsyançılar ilə İsrailin cinayətlərini bir-birinə bənzədib

İslamtimes , 2 Mar 2014 15:02

İslamtimes - Fələstinin əsas Xristian ruhanisi xaricdən dəstək alan suriyalı üsyançıların törətdikləri cinayətləri İsrail rejiminin işğal edilmiş torpaqlarda həyata keçirdiyi irqçi siyasət və cinayətlər ilə eyniləşdirib və onları eyni irqçi qəpiyin iki tərəfi kimi təsvir edib.


Cümə günü Haifa Universitetində bir qrup Ərəb tələbələr qarşısında çıxış edən Yunan Ortadoks Kilsəsinin arxiyepiskopu Atallah Hanna çıxışı zamanı xaricdən dəstək alan silahlı üsyançılar müqabilində Suriya hökumətinə dəstək verdiyini bildirib.

Arxiyepiskop Hanna çıxışının davamında qeyd edərək bildirib ki, artıq hər kəsə məlum olub ki, Suriyada mövcud olan terrorist qruplar Sionizmin xidmətçiləridir və regionda onun irqçi siyasətini həyata keçirilər.

Fələstinli xristian ruhani daha sonra öz torpaqlarını müdafə etməyə davam edəcəyinə söz vermiş və bütün müsəlman və xristianları müqəddəs əl Əqsa məscidi də daxil olmaqla bütün müqəddəs ərazilərin qorumağa səsləyib.

O həmçinin İsrail rejiminin fələstinlilərə qarşı həyata keçirdiyi irqçi siyasəti tənqid etmişdir.Hannan daha sonra vurğulayaraq bildirib ki, Yaxın Şərq regionunda olan xristianları hədəfə almaq və ərəbləri müxtəlif təriqətlərə parçalamaq yalnız İsrail rejiminin maraqlarına xidmət edir və onun regionda planlarını həyata keçirməsinə şərait yaradır.

Arxiyepiskop həmçinin bildirib ki, Suriya və digər yerlərdə məğlub olan terroristlərin xristianları Yaxın Şərq regionundan çıxarmaq cəhdləri də baş tutmayacaq və İsrail rejiminin də həmçinin Fələstin xalqını zəiflətmək və öz torpaqlarından çıxarmaq cəhdləri baş tutmayacaq.


Story Code: 357141

News Link :
https://www.islamtimes.org/az/news/357141/fələstinli-arxiyepiskop-suriyalı-üsyançılar-ilə-israilin-cinayətlərini-bir-birinə-bənzədib

Islam Times
  https://www.islamtimes.org