0
Sunday 2 March 2014 - 08:09

Türkiyə parlamenti Gülən məktəblərinin bağlanması haqqında qanun qəbul edib

Story Code : 357274
Türkiyə parlamenti Gülən məktəblərinin bağlanması haqqında qanun qəbul edib
Türkiyə parlamenti Gülən məktəblərinin bağlanması haqqında qanun qəbul edib
Cümə günü 550 nəfərlik Türkiyə parlamentinin 226 millət vəkili 2015-ci il 1 sentyabr tarixində özəl məktəb şəbəkələrinin bağlanması haqqında qanun layihəsinin lehinə, 22 nəfər isə əleyhinə səs vermişdir. Bu qanunun qəbul edilməsi Türkiyə baş naziri Rəcəb Tayyib Ərdoğanın hökumətini sirkələyən korrupsiya qalmaqalına qarşı baş nazirin sonuncu cavab zərbəsi hesab edilir. Ərdoğan öz rəqibi Güləni Türkiyədə paralel dövlət yaratmaq istəməsində ittiham edib. Türkiyədə mövcud olan 4 mindən çox özəl məktəb Gülən tərəfindən idarə edildiyi bildirilir və bu da Fətullah Gülənin Türkiyəfə yeritdiyi “Hizmət” hərəkatının maliyyələşməsində əsas gəlir mənbəyidir. Gülən Türkiyənin nüfuzlu şəxslərindən biridir və məlumatlara əsasən onun məhkəmə, polis və gizli xidmət orqanları da daxil olmaqla dövlətin bir çox sahələrində xeyli sayda ardıcılları var. Hələ noyabr ayında hökumət özəl məktəblərin bağlanacağı haqqında fikirlər ortaya atmışdır və bununla Ərdoğan şagirdləri “yarış atlarına” çevirən ədalətsiz və qeyri qanuni təhsil sisteminə son qoymağı planlaşdırır. 17 Dekabr tarixində bir sıra hökumət rəsmilərinin və Ərdoğana yaxın olan tanınmış biznesmenlərin rüşvətxorluq ittihamı ilə həbs edilməsindən sonra Türkiyəda siyasi qalmaqal meydana gəldi. 2013-cü il 25 dekabr tarixində Ərdoğan bu qalmaqal nəticəsində övladları həbs edilən nazirləri vəzifəsindən azad edərək iqtisadiyyat, daxili işlər və ekalogiya nazirləri də daxil olmaqla 10 naziri yeniləri ilə əvəzlədi. Cümə günü Türkiyə məhkəməsi iki sabiq nazir oğlu da daxil olmaqla beş şübhəlini həbsdən azad etdi. Ərdoğan bu qərarı alqışlamış və demişdir ki, bu mənim gözlədiyim bir hadisə idi. Ədalət yavaş-yavaş yerini tutur.
Source : Islamtimes
Comment