QR CodeQR Code

AXCP-nin mərkəzi qərargahında güclü partlayış baş verib

3 Mar 2014 10:00

IslamTimes - Azərbaycan Xalq Cəbhəsi Partiyasının mərkəzi qərargahının zirzəmizinsə partlayış baş verib.


Deyerler.org-un məlumatına görə, bu barədə partiyanın mətbuat katibi Natiq Ədilov özünün Facebook səhifəsində bildirib.
 
O qeyd edib ki, partlayış partiyanın zirzəmisindəki bərbərxanada, gecə saat 04:35 radələrildə baş verib. Partlayış nəticəsində qərargahın zalı zədə alıb. 
 
“Biz ümidvar olmaq istəyirik ki, partlayış AXCP-yə qarşı növbəti məkrli planın tərkib hissəsi deyil. Medianı baş verən hadisəni diqqətdə saxlamağa, dərin araşdırma aparmağa səsləyirik", - deyə Natiq Ədilov bildirib. 
 
O qeyd edib ki, partiya yetkililərinin hadisəyə uyğun açıqlaması olacaq".


Story Code: 357287

News Link :
https://www.islamtimes.org/az/news/357287/axcp-nin-mərkəzi-qərargahında-güclü-partlayış-baş-verib

Islam Times
  https://www.islamtimes.org