0
Tuesday 4 March 2014 - 17:26

Kərzai: ABŞ Əfqan müharibəsini öz maraqları üçün başlatdı

Story Code : 357884
Kərzai: ABŞ Əfqan müharibəsini öz maraqları üçün başlatdı
Kərzai: ABŞ Əfqan müharibəsini öz maraqları üçün başlatdı
Bazar günü “Vaşinqton Post” qəzetində dərc edilən Kərzai ilə müsahibədə deyilir: “Əfqanlar bizim xeyrimizə olmayan müharibədə həlak oldular.”

O deyib ki, 12 il davam edən müharibə ABŞ-ın təhlükəsizliyi və Qərbin maraqları naminə olmuşdur.
Əfqan prezidenti həmçinin ABŞ-dan hava reydlərinə son qoymağı tələb etmiş və demişdir ki, bu hava hücumları zamanı Taliban döyüşçüləri əvəzinə dinc vətəndaşlar qətlə yetirilir.

Kərzai həmçinin deyib ki, o Vaşinqton ilə İkitərəfli Təhlükəsizlik Razılaşmasını imzalamayacaq və bu qərar ondan sonra prezident seçiləcək şəxsin qərarı olacaqdır. Aprel ayında Əfqanıstanda prezident seçkiləri keçiriləcək.

Əfqan prezidenti deyib: “Mənim mövqeyim dəyişməz olaraq qalır. Mən sülh prosesi başlamadan ABŞ ilə razılaşmanı imzalaya bilmərəm. ABŞ prezidenti də deyib ki, bu zaman növbəti prezident seçkilərini gözləyək.”

O vurğulayaraq bildirib ki, Vaşinqton Taliban ilə sülh prosesini başlatmalı və əfqanlardan razılaşmanı imzalamağı tələb etməkdən əvvəl Əfqan evlərinə olan reydlərə son qoymalıdır.

Çərşənbə axşamı günü Obama Kərzaini razılaşmanı imzalamadığı üçün xəbərdarlıq edib.

Obama Pentaqona əmr verərək razılaşmanın imzalanmadığı təqdirdə bütün ABŞ ordusunun Əfqanıstandan çıxarılmasını tələb edib.

ABŞ və Əfqanıstan Amerika əsgərlərinə və onların Əfqan kənd və evlərinə etdiyi hücumlara toxunulmazlıq haqqının tanınması da daxil olmaqla razılaşmanın bəzi şərtlərində razılığa gələ bilmirlər.

ABŞ və onun müttəfiqləri 2001-ci ildə terror ilə müharibə adı altında Əfqanıstanı işğal etdilər. İşğalçılar Talibanı hakimiyyətdən devirdilər, ancaq ölkə boyu zorakılıq hələ də davam etməkdədir.

Dinc və ordu qüvvələrinin rekord səviyyədə həlak olduğu ABŞ-ın Əfqanıstanda apardığı müharibə Amerika tarixinin ən uzun müddətli hərbi münaqişəsi hesab edilir.
Source : Islamtimes
Comment