0
Tuesday 4 March 2014 - 21:56

Sabiq CİA zabiti: Ukrayna prezidentini ABŞ devirib

Story Code : 358088
Sabiq CİA zabiti: Ukrayna prezidentini ABŞ devirib
Sabiq CİA zabiti: Ukrayna prezidentini ABŞ devirib
Ray Makqovern deyib: “Mənim işlədiyim keçən 50 il ərzində heç zaman bu qədər aydın olmamışdır ki, ABŞ Ukraynada hökuməti devirmək üçün təxribat hazırlamış və bunu həyata keçirmişdir.”

Press TV-yə müsahibəsində Makqovern deyib ki, bizdə ABŞ-ın Ukraynadakı səfiri Geofri Pyatt və Avropa işləri üzrə dövlət katibinin müavini Viktoria Nuland arasında olan telefon danışıqları var və bu danışıqlar Vaşinqtonun Ukraynadakı rolunu təsdiq edir.

Pyatt və Nuland arasında olan bu danışıq yanvar ayında baş vermişdir. Moskvanın kəşfiyyat xidməti bu danışığı ələ keçirə bilmişdilər.

Makqovern deyib ki, Ukraynada mövcud olan münaqişə ABŞ dövlət katibi Con Kerrinin istəyi ilə və yaxud da ki, “oyuncaq dövlətin” yaradılması ilə həll edilən deyil.

2013-cü ilin noyabr ayından etibarən Ukrayna prezidenti Viktor Yanukoviç Rusiya ilə yaxın münasibətlər naminə Avropa Birliyi ilə Assosativ Razılaşmanı imzalamaqdan boyun qaçırdıqdan bəri Ukrayna münaqişə içərisindədir.

Bazar ertəsi günü ABŞ prezidenti Barak Obama Rusiyanın sanksiyalar ilə təhdid etdi.

Vaşinqton və onun qərbli müttəfiqləri Moskvanı Ukraynaya qarşı hərbi müdaxilə hazırlamaqda ittiham edərək Moskvaya qarşı sanksiyalar tətbiq etmək haqqında fikirləşirlər.
Source : Islamtimes
Comment