QR CodeQR Code

Türkiyə zəmanət verib

Islamtimes , 6 Mar 2014 23:55

İslamtimes - Krımlı Tatar lider: Türkiyə bizə zəmanət verdi


Ukraynada Krım yarımadası üzündən Kiev ilə Moskva arasında dərin böhran davam edərkən, Krım Tatarları liderlərindən Mustafa Abdülcəmil Kırımoğlu Türkiyənin onlara “Problem çıxarsa Türkiyə dərhal dövrəyə girəcək” zəmanət verdiyini açıqladı.

Kırımoğlu Krımın paytaxtı Simferopolda təşkil edilən mətbuat konfransında keçən həftə Kievdə xarici işlər naziri Əhməd Davudoğlu ilə keçirdiyi görüşün ən əhəmiyyətli nüansını bu gün bildirdi.
Kırımoğlu “Türk xarici işlər naziri ilə görüşdüyümdə Ankara bizə əhəmiyyətli bir zəmanət verdi. Davudoğlu Krımda yaşayan Tatarların hər hansı bir təhdidlə qarşılaşmaları vəziyyətində Türkiyənin dərhal dövrəyə girəcəyi zəmanətini verdi” dedi.


Story Code: 358847

News Link :
https://www.islamtimes.org/az/news/358847/türkiyə-zəmanət-verib

Islam Times
  https://www.islamtimes.org