0
Friday 7 March 2014 - 01:05

Amerikalı akademiklər anti-İsrail kompaniyasına qoşulublar

Story Code : 358878
Amerikalı akademiklər anti-İsrail kompaniyasına qoşulublar
Amerikalı akademiklər anti-İsrail kompaniyasına qoşulublar
Çərşənbə günü amerikalı tarixçi Raşid Xalidi və filosof Cudis Butler birgə bəyanat dərc edərək təhsil və incəsənət sahəsinə aid olan inistitutları söz azadlığını müdafiə etməyə səsləyiblər.

Tanınmış alimlər həmçinin deyib ki, onlar Tel Əvivin fələstinlilərə qarşı yürütdüyü siyasəti dəyişmək üçün İsrailin baykot edilməsi haqqında olan beynəlxalq hərəkata dəstək verəcəklər.

Artıq İsrailin baykot edilməsi kompaniyası bütün dünya ərazisində tanına məşhur akademiklər də daxil olmaqla bir çox alimləri özünə cəlb edib.

Bəyanatda deyilir: “Bilmək vacib olan bir şey var ki, artıq baykotlar beynəlxalq səviyyədə təsdiq edilib və konistitusiyon cəhətdən müdafiə edilir. Baykotu dəstək edən heç kəs məsuliyyətə cəlb edilə bilməz, çünki bu addımı atan şəxslər öz siyasi görüş azadlığından istifadə edir.”

Hər iki alim həmçinin deyib ki, İsrail rejimi öz siyasi görüşlərini ifadə edən şəxslərə, məxsusən də baykot kompaniyasını dsətkləyən şəxslərə qarşı təhqiredici sözlərdən, senzuradan və bir çox hədə-qorxudan istifadə edərək anti-İsrail mövqedən əl çəkməyə vadar etmək istəyirlər.

İsrailə qarşı baykot kompaniyası Tel Əvivin işğal edilmiş Fələstin torpaqlarında qeyri qanuni məskunlaşma siyasətini dayandırması üçün beynəlxalq səviyyədə rejimə qarşı təziq göstərmək məqsədi güdür.

İsrailin Fələstin torpaqlarında mövcud olması və işğal edilmiş ərazilərdə məskunlaşma siyasətini davam etdirməsi Yaxın Şərq regionunda sülhün əldə edilməsi yolunda əsas maneəyə çevrilib.
1967-ci ildə İsrailin işğal etdiyi Fələstin əraziləri olan Qərb Sahili və Şərq Qüds ərazisində saldığı 120-dən çox qeyri qanuni yaşayış məskənlərində yarım milyondan çox israilli məskunlaşıb.

BMT və dünyanın əksər dövlətləri İsrailin məskunlaşma siyasətini qeyri qanuni hesab edir. Çünki bu ərazilər İsrail tərəfindən işğal edilib və Cenevrə razılaşmasına əsasən işğal edilmiş ərazilərdə hər hansı bir tikinti işləri aparmaq qeyri qanunidir.
Source : Islamtimes
Comment