QR CodeQR Code

Ərdoğan: “Lazım olsa, “Youtube” ilə “Facebook”u bağlayarıq”

7 Mar 2014 09:03

IslamTimes - Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan canlı yayımda gündəmlə bağlı bir sıra açıqlamalar verib.


ANS PRESS-in xəbərinə görə, Ərdoğan internet qanunu ilə əlaqədar olaraq martın 30-da sonra yeni tənzimləmələr ediləcəyini açıqlayıb.
 
"İnternet qanununa məlum idarələr etiraz etdilər. Edə biləcəyimiz qədərini etdik. O sahədə də martın 30-dan sonra atacağımız yeni addımlar var. Bu mövzuda ciddiyik. Bu milləti "Youtube"a, "Facebook"a qurban verə bilmərik. Lazım olsa, bağladarıq" - deyə Ərdoğan internet qanunu ilə bağlı açıqlamasında bildirib.
 
Qeyd edək ki, bu gecə Türkiyənin özəl telekanallarından birində jurnalistlərin suallarına cavab verən Ərdoğan sözügedən çıxışında müxtəlif mövzulara toxunub.


Story Code: 358942

News Link :
https://www.islamtimes.org/az/news/358942/ərdoğan-lazım-olsa-youtube-ilə-facebook-u-bağlayarıq

Islam Times
  https://www.islamtimes.org