0
Friday 7 March 2014 - 09:03

Ərdoğan: “Lazım olsa, “Youtube” ilə “Facebook”u bağlayarıq”

Story Code : 358942
Ərdoğan: “Lazım olsa, “Youtube” ilə “Facebook”u bağlayarıq”
ANS PRESS-in xəbərinə görə, Ərdoğan internet qanunu ilə əlaqədar olaraq martın 30-da sonra yeni tənzimləmələr ediləcəyini açıqlayıb.
 
"İnternet qanununa məlum idarələr etiraz etdilər. Edə biləcəyimiz qədərini etdik. O sahədə də martın 30-dan sonra atacağımız yeni addımlar var. Bu mövzuda ciddiyik. Bu milləti "Youtube"a, "Facebook"a qurban verə bilmərik. Lazım olsa, bağladarıq" - deyə Ərdoğan internet qanunu ilə bağlı açıqlamasında bildirib.
 
Qeyd edək ki, bu gecə Türkiyənin özəl telekanallarından birində jurnalistlərin suallarına cavab verən Ərdoğan sözügedən çıxışında müxtəlif mövzulara toxunub.
Comment