0
Friday 7 March 2014 - 13:37

Azərbaycanda hərbi maşın cəbhə xəttində minaya düşüb

Story Code : 359003
Azərbaycanda hərbi maşın cəbhə xəttində minaya düşüb
APA-nın məlumatına görə, hadisə Müdafiə Nazirliyinin Naxçıvan Muxtar Respublikasının Sədərək rayonu ərazisində yerləşən N saylı hərbi hissəsində qeydə alınıb. Hərbi hissəyə məxsus “Ural” markalı yük maşınının cəbhə xəttində minaya düşməsi nəticəsində avtomobil yararsız hala düşüb.
Avtomobilin sürücüsü, müddətdən artıq xidmət edən hərbi qulluqçu Novruz Zeynalovun müxtəlif xəsarətlər aldığı bildirilir.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən APA-ya faktı təsdiqləsələr də, sürücünün xəsarət almadığı bildirilib.
Comment