QR CodeQR Code

Rusiyada etiraz aksiyaları

1 Sep 2010 00:06

İslamTimes – Rusiyada ötən gün “31-in müdafiəçiləri”nin Triumfial meydanda keçirdiyi mitinqdə 150-dən artıq nümayişçi həbs edilib. Rusiya mətbuatı polisin nümyişçilərə qarşı amansız davranışından yazır.


İsraildə də Rusiya səfirliyinin qarşısında etiraz aksiyası keçirilib. RF konstitusiyasının 31-ci maddəsinin müdafiəsinə qalxmış aksiyaçıların sayı yüzdən çox olub. MIGnews xəbər verir ki, nümayişlər təkcə İsraildə yox, həm də Moskva, Nyu-York, Berlin, London, Helsinkidə baş tutub. RF konstitusiyasının 31-ci maddəsinin ləğvi insanların azad toplaşmaq hüququnun məhdudlaşdırılması kimi qəbul edilir.
http://www.rian.ru/trend/moscow_opposition_meeting_31082010/


Story Code: 35907

News Link :
https://www.islamtimes.org/az/news/35907/rusiyada-etiraz-aksiyaları

Islam Times
  https://www.islamtimes.org