0
Saturday 8 March 2014 - 08:31

Səudiyyə krallığından «Müsəlman Qardaşları»na zərbə

Story Code : 359303
Səudiyyə krallığından «Müsəlman Qardaşları»na zərbə
Lent.az-ın «BBC»-yə istinadən məlumatına görə, krallığın Daxili İşlər Nazirliyinin bəyanatında daha iki cihadçı qrup - «Ən-Nüsrə Cəhbəsi» və «İraq və Levante İslam Dövləti» təşkilatları da terrorçu elan olunub.
Mənbə qeyd edib ki, bu qruplar Suriyada Bəşar Əsəd rejiminə qarşı silahlı mübarizə aparır.
Xatırladaq ki, ötən ilin dekabrında «müsəlman qardaşları»-nı Misir də terrorçu təşkilat adlandırıb.
Səudiyyə Ərəbistanında artıq bu hərəkatın fəaliyyəti yasaqlanıb. Bu həftə Səudiyyə ilə yanaşı Birləşmiş Ərəb Əmirliyi və Bəhreyn Qətərdən öz səfirlərini geri çağırmışdı. Onlar bu əmirliyi «Müsəlman Qardaşları»nı dəstəkləməkdə suçlayır.
Comment