QR CodeQR Code

İsrail yalanlar vasitəsi ilə öz düşmən siyasətinə haqq qazandırmaq istəyir

İslamtimes , 8 Mar 2014 12:09

Islamtimes - Siyasi analitik deyib ki, İsrail Tel Əvivin İrana qarşı düşmən siyasətinə ictimai dəstək qazandırmaq üçün xülyadan ibarət olan yalanlar uydurur.


Cümə günü Press TV-yə müsahibə verən siyasi analitik Mark Glenn deyib: “İsrail rejimi heçnədən xəyallar yaradaraq insanları həqiqətdə mövcdu olan bir sıra yalanları qəbul etməyə vadar edir.”

Analitik bu açıqlamanı bu yaxınlarda İsrailin Tehranı mühasirə şəraitndə olan Qəzza Zolağına raket göndərməkdə ittiham etməsinə cavab olaraq demişdir. İsrail iddia edərək bildirib ki, onun hərbi dəniz qüvvələri Qırmızı Dənizdə gəmidə reyd keçirmiş nəticədə İranın Qəzza Zolağında olan Həmasa göndərdiyi raketləri ələ keçirmişdir.

Glen deyib ki, bu ittiham Amerika İsrail İctimai Əlaqələr Komitəsi lobbisinin ABŞ-da ənənəvi olaraq keçirdiyi görüşün maksim dərəcədə effiktili olması üçün uydurulub.

O əlavə edərək deyib: “Bunun Amerika İsrail İctimai Əlaqələr Komitəsinin görüşü zamanı baş verməsindən səbəb İrana qarşı yeni sanksiyaların tətbiq edilməsi üçün şəraitin yaradılamsı və həmçinin İrana qarşı hərbi müdaxilənin təşkili üçün zəmin yaratmaqdır.”

Cümə axşamı günü İran xarici işlər naziri Muhəmməd Cavad Zərif bu yalanları İsrailin növbəti oyunu adlandırmışdır.
Qəzzada mövcud olan Fələstin müqavimət hərəkatları Həmas və İslami Cihad da həmçinin İsrailin bu ittihamlarını rədd etmişdilər.

Həmasın daxili işlər nazirliyi İsrailin bu iddiasını təhlükəli addım adlandırmış və demişdir ki, İsrail bu vasitə ilə Qəzzanın yeddi illik mühasirəsinə haqq qazandırmaq istəyir.


Story Code: 359354

News Link :
https://www.islamtimes.org/az/news/359354/israil-yalanlar-vasitəsi-ilə-öz-düşmən-siyasətinə-haqq-qazandırmaq-istəyir

Islam Times
  https://www.islamtimes.org