0
Saturday 8 March 2014 - 12:19

İsrail mediası: Beynəlxalq baykot kompaniyası İsrailə 30 milyon dollar ziyan vurub

Story Code : 359358
İsrail mediası: Beynəlxalq baykot kompaniyası İsrailə 30 milyon dollar ziyan vurub
İsrail mediası: Beynəlxalq baykot kompaniyası İsrailə 30 milyon dollar ziyan vurub
Cümə günü İsrailə məxsus Maariv qəzetinin verdiyi məlumata əsasən rejim ekspertlərinin araşdırmasına əsasən Baykot və Sanksiya kompaniyası İsrail iqtisadiyyatına təxminən 100 milyon şekls dəyərində ziyan vurub.

Mənbənin bildirdiyinə görə baykot kompaniyası Tel Əvivə qarşı müharibədir və ekspertlər baykot çağırışlarının daha da artacağı haqqında xəbərdarlıq ediblər.

Məlumatda deyilir ki, İsrailin qeyri qanuni məskənlərində istehsal edilən malların baykot edilməsi çağırışı Avropa xeyli artacaq və bu da İsrail mallarının Avropaya ixracını xeyli dərəcədə azaldacaq.

İşğal edilmiş Fələstin ərazilərində qeyri qanuni salınmış məskənlərdə istehsal edilən malların Avropaya ixracının ümümi dəyəri 90 milyon dollardır (300 milyon şekl).

Çərşənbə günü amerikalı tarixçi Raşid Xalidi və filosof Cudis Butler İsrail tənqidçilərinə, məxsusən də baykot kompaniyasını dəstəkləyənlərə qarşı hədə-qorxu gəlinməsini qınamışdılar.
Onlar birgə bəyanat yayaraq deyiblər: “Bilmək vacib olan məsələ budur ki, baykot beynəlxalq səviyyədə təsdiq edilib və konistitusiyan cəhətdən bütün siyasi ifadələrdən qorunub.”

Baykot və Sanksiya kompaniyası Tel Əvivə işğal edilmiş Fələstin ərazilərində qeyri qanuni məskunlaşma siyasətinə son qoymaq üçün beynəlxalq səviyyədə təşkil edilmiş təziq vasitəsidir.

İsrailin 1967-ci ildə işğal etdiyi Fələstin əraziləri olan Qərb Sahili və Şərqi Qüds ərazisində qeyri qanuni olaraq saldığı 120-dən çox yaşayış məskənində yarım milyondan çox israilli məskunlaşıb.

İsrail rejimi məskunlaşma siyasəti səbəbindən öz yaxın müttəfiqləri də daxil olmaqla beynəlxalq ictimaiyyət tərəfindən tənqidlərə məruz qalıb.
Ancaq bütün bunlara baxmayaraq İsrail beynəlxalq səviyyədə olan çağırışlara məhələ qoymayaraq öz genişlətmə siyasətini davam etdirir.
Source : İslamtimes
Comment