0
Sunday 9 March 2014 - 01:02

Maliki: Səudiyyə Ərəbistanı və Qətər İraqda terrorizmi qızışdırırlar

Story Code : 360219
Maliki: Səudiyyə Ərəbistanı və Qətər İraqda terrorizmi qızışdırırlar
Maliki: Səudiyyə Ərəbistanı və Qətər İraqda terrorizmi qızışdırırlar
Şənbə günü Fransa 24 kanalına müsahibə verən Maliki deyib ki, Ərəb dövlətləri ölkədə məzhəbi münaqişəni qızışdırmaq vasitəsi ilə İraqa qarşı müharibə elan ediblər.

O qonşu ərəb dövlətlərini ölkədə fəaliyyət göstərən əl Qaidə terror şəbəkəsinə bağlı olan qruplara dəstək verərək ölkəni dağıtmaqda günahlandırıb.

İraq baş naziri deyib: “Onlar Suriya vasitəsi ilə və yaxud bir başa İraqa hücum edirlər və onlar Suriyaya müharibə elan etdikləri kimi İraqa da müharibə elan ediblər, ancaq təəssüflər olsun bu hücumlar məzhəbi və siyasi müstəvidədir.”

Maliki İraqda mövcud olan təhlükəsizlik böhranı, məzhəbi münaqişə genişlənən terror hücumlarına görə Səudiyyə Ərəbistanın və Qətərin məsuliyyət daşıdığını bildirib və Riyadı qlobal terrorizmin əsas dəstəkçisi kimi təqdim edib.

O deyib ki, Riyad və Doha üsyançı və terrorist qruplara siyasi, maliyyə və media dəstəyi göstərirlər və bu terrorist təşkilatlarnı təmin etmək üçün onların əvəzinə silah-sursat alırlar.

İraq keçə altı il ərzində ölümcül zorakılıqlar ilə qarşı-qarşıyadır, əsasən də əl Qaidə terror şəbəkəsinə bağlı qrupların ələ keçirdiyi Anbar əyaləti zorakılığın episentri hesab edilir.

Anbar əyalətində münaqişə keçən ilin dekabr ayında təhlükəsizlik qüvvələrinin terroristlər tərəfindən terror hücumlarının həyata keçirilməsi üçün istifadə edilən düşərgəni dağıtdıqdan sonra başladı.

Rəsmi məlumata görə yanvar ayı ərzində 1013 nəfər qətlə yetirilmişdir və bu da 2008-ci ildən bəri İraqda ən böyük ölüm göstəricisidir.
Source : Islamtimes
Comment