0
Tuesday 11 March 2014 - 01:18

Ukrayna münaqişəsinin əsas səbəbkarı Qərbdir

Story Code : 360222
Ukrayna münaqişəsinin əsas səbəbkarı Qərbdir
Ukrayna münaqişəsinin əsas səbəbkarı Qərbdir
Press TV-yə müsahibə verən “Veterans Today” qəzetinin baş redaktoru və yazıçı Cim Dean deyib: “Rusiya prezidenti Vladimir Putin dinc oturmağa çalışır və elə ki, Qərb vəziyyəti qızışdırsa o buna cavab verəcək, ancaq Rusiya vəziyyəti gərginləşdirmək istəmir, çünki o bilir ki, ölkədə mövcud olan bütün vəziyyətə görə Qərb məsuliyyət daşıyır.”

O əlavə edərək deyib: “Biz müstəqil kəşfiyyat cəmiyyəti ilə razıyıq və biz ölkədə kimin təcavüzkar olması ilə 100 faiz razıyıq.”

O qeyd edərək bildirib ki, Rusiya ilə ABŞ arasında mövcud olan münasibətlərin yenidən status kvo vəziyyətinə qayıtmaması mümkündür və bu da Qərbin məqsədi ola bilər.

Avropa ölkələrinin halhazırda üzləşdiyi iqtisadi və maliyyə problemlərinə toxunan şərhçi deyib ki, baş verən bu hadisələrdən məqsəd ictimaiyyətin fikrini dağıtmaq və nəzəri digər istiqamətə yönəltməkdir.

Dean qeyd edərək bildirib: “Əgər kimsə fikirləşirsə ki, sovetlər Ukraynada kölgə hökuməti, qərb yönümlü, terrorist və oyuncaq hökumətinin yaradılmasına və beləliklə də onların bütün ölkəni idarə etməyə və rus dilli xalqın sənayesini və hər bir şeyini nəzarətə götürməyə imkan verəcək, bu zaman o xəyaladan başqa bir şey haqqında fikirləşmir. Bu heç vaxt baş verməyəcək.”

Analitikin bu açıqlaması Rusiya xarici işlər naziri Serqey Lavrovun cümə günü ABŞ-lı tərəf müqabili Con Kerri ilə telefon əlaqəsi saxlayaraq ABŞ-ı Ukrayna münaqişəsində atacağı hər hansı bir ehtiyatsız addımın Rusiya-ABŞ əlaqələrini xələl gətirəcəyi ilə xəbərdar etdikdən sonra gəldi.

ABŞ prezidenti Barak Obama artıq Ukraynanın suverenlik və bütövlüyünü təhdid edən şəxslərə qarşı viza məhdudiyyəti nəzərdə tutan əmr imzalayıb.

Buna cavab olaraq isə Moskva Vaşinqtonu ikili siyasət yürütməkdə və Ukraynanın daxili işlərinə qarışmaqda ittiham edib.

Ukraynada siyasi münaqişə 2013-cü ilin noyabr ayında ölkənin devrilmiş prezidenti Viktor Yanukoviç Rusiya ilə sıx münasibətlər qurmaq naminə Avropa Birliyi ilə Assosativ Razılaşmanı imzalamaqdan boyun qaçırdıqdan sonra başladı.
Source : Islamtimes
Comment