0
Tuesday 11 March 2014 - 10:34

Əfqanıstanda terror aktı: 4 nəfər ölüb, ən azı 5 nəfər xəsarət alıb

Story Code : 360300
Əfqanıstanda terror aktı: 4 nəfər ölüb, ən azı 5 nəfər xəsarət alıb
APA-nın İTAR-TASS agentliyinə istinadən verdiyi xəbərə görə, nəticədə 4 nəfər həlak olub, ən azı 5 nəfər yaralanıb.
Hücuma qarşıdan gələn prezident seçkisinin favoriti, ölkənin sabiq XİN rəhbəri Abdulla Abdullanın təmsilçiləri məruz qalıblar. Partlayıcı qurğu terrorçu-kamikadze tərəfindən işə salınıb. 
Həlak olanlar arasında iki polis və iki mülki qulluqçu olub, xəsarət alanlar xəstəxanaya yerləşdiriliblər. 
Xatırladaq ki, Əfqanıstanda seçki kampaniyası fevralın 2-dən başlayıb, seçkilər isə aprelin 5-də keçiriləcək.
Comment